Nazirlər Kabineti Nəqliyyat Nazirliyinə nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti və yenidənqurma işləri zamanı tikinti altına düşən xüsusi, bələdiyyə mülkiyyətində olan və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqları dövlət ehtiyacları üçün almaq səlahiyyəti verib.
Nazirlər Kabinetinin saytında dərc edilmiş qərara əsasən, Nəqliyyat Nazirliyinə tapşırılıb ki, torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.