Azərbaycan hökuməti 2012-ci ildə Bakının ətraf qəsəbələrinin inkişafı üzrə tədbirlərin reallaşdırılmasına dövlət büdcəsindən 497,6 mln. manat yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Bu vəsaitlər “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin reallaşdırılmasına yönəldilib.
Həmin vəsaitlər istilik təchizatı sisteminin yaxşılaşdırılmasına, yaşayış evlərində və sosial obyektlərdə istilik təchizatı sisteminin modernləşdirilməsi və yenidən qurulmasına, Bakı və onun qəsəbələrində qaz, su təchizatı və meliorasiya sisteminin yaxşılaşdırılmasına sərf edilib.