Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 106 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 8 nəfər həlak olub, 7 nəfər yaralanıb, 4 nəfər intihar edib.
7 nəfər qətldə, 4 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 5 nəfər qarət və soyğunda, 26 nəfər oğurluqda, 11 nəfər avtomobil qaçırmaqda, 4 nəfər dələduzluqda, 2 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb. Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 9 fakt qeydə alınıb.