Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları 43 narkomanı və narkotik maddə alveri və qaçaqmalçılığında şübhəli bilinən 4 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib
Narkomanlardan 17,25 qram marixuana, 3,189 qram heroin və 1,608 qram tiryək müsadirə edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddənin saxlanması və satışında şübhəli bilinən şəxslərdən 6 kq 925 qram həşiş, 237 qram tiryək və 187 qram heroin aşkar edilib.