2013-cü ilin aprel ayında Bakı bazarlarında tikinti materiallarının qiymətləri mart ayı ilə müqayisədə 2,61% azalıb. Bu barədə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin saytında məlumat verilir.
“Araşdırmalar göstərib ki, 2013-cü ilin aprel ayında tikinti materialları 2012-ci ilin aprel ayı ilə müqayisədə 3,3% ucuzlaşıb”, - deyə məlumatda qeyd edilir.
Birliyin məlumatına əsasən, cari ilin aprel ayında Bakı bazarlarında 87 növ tikinti materialının qiymətləri izlənilib, bunlardan 53,4% yerli istehsalın payına düşüb.
Aprel ayında 59 növ tikinti materialının, o cümlədən faner (2,1%), dikt (0,4%), DVP (0,7%), armatur (3,3%), şveller (0,4%) metal borular (1,2%), sink təbəqə (3,4%), şüşə (13,5%) və laminat parketlərin (6,2%) qiymətlərində ucuzlaşma müşahidə olunub.
Ötən ay tikinti materiallarının digər növləri üzrə qiymətlər sabit qalıb.