Mayın 30-da Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) məlumatında deyilir.
Biznes forum Atırau şəhər akimi Serik Aydarbekovun Bakıya səfəri çərçivəsində təşkil olunacaq.
Qazaxıstan nümayəndə heyətinin tərkibinə rəsmi şəxslər və qida, yüngül sənaye, energetika, kənd təsərrüfatı, səhiyyə, gəmiçilik və digər sahələrdə fəaliyyət göstərən iş adamları daxildir.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.