SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) çərşənbə günü Azərbaycanın 3 rayonu və Bakının Qaradağ rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar olaraq saat 09:00-dan 18:00-dək “Şəmkir”, “Çinarlı” Avtomatik Qazpaylayıcı Stansiyalarından, “Əliqulubəyli” Qaztənzimləyici Məntəqəsindən, saat 10:00-dan 18:00-dək “Göyçay-2” və “Səngəçal” Qazpaylayıcı Stansiyalarından, saat 10:00-dan 17:00-dək isə “Xaçmaz” Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Səngəçal qəsəbəsinə, Göyçay rayonunun bir hissəsinə, Xaçmaz və Şəmkir rayonlarının bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.