NATO və ABŞ ekspertləri Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə iyunun 4-6-da ölkəyə səfərə edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ekspertlərin səfəri NATO və Azərbaycan arasında "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçirilən Fərdi Tərəfdaşlıq Planı (IPAP) əsasında baş tutacaq.
Sözügedən proqram çərçivəsində 3-21 iyun tarixlərində Macarıstanda və Azərbaycanda 25-ci Beynəlxalq hərbi müşahidəçi kursu təşkil olunacaq.
İyunun 4-8-də isə Baltik Müdafiə Kollecinin nümayəndə heyətinin Azərbaycan Respublikasına akademik səfəri nəzərdə tutulub.