Vergilər Nazirliyi “SayberNet” MMC ilə şəbəkə avadanlığı və əməliyyat sistemlərinin alınması haqqında müqavilə bağlayıb. Bu barədə Vergilər Nazirliyinin elanında deyilir.
Müqaviləyə görə, “SayberNet” Vergilər Nazirliyinin server otağı üçün şəbəkə avadanlığı və əməliyyat sistemləri tədarük edəcək, nazirliyin məlumat bazası və arxivinə dəstək göstərəcək.
Müqavilənin dəyəri 1 mln. 326 min 631,52 manatdır.
“SayberNet” MMC 2004-cü ildə yaradılıb. 2006-2012-ci illərdə şirkət Vergilər Nazirliyi üçün bir sıra iri layihələrin həyata keçirilməsində iştirak edib.