“Azəriqaz” İstehsalat Birliyi (İB) Balakən və Salyan rayonlarının 3 yaşayış məntəqəsinə təbii qaz verib. Bu barədə İB-nin məlumatında deyilir.
637 abonenti olan Şərif kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 50216,6 metr olan müxtəlif diametrli polirtilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 637 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
243 abonenti olan Qabaqçöl qəsəbəsinin qazlaşdırılması məqsədilə isə birpilləli sistem əsasında 15844 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 243 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
330 abonenti olan Aşağı Noxudlu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 5000 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı, 26227 metr uzunluğunda isə metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 330 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.