Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatda Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulduğu bildirilib. Bu barədə FHN-in saytında məlumat verilir.
FHN-in müvafiq qurumlarının mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər. Nəticədə qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.
Əməliyyat saat 06:52-də başa çatıb.