2013-cü ilin may ayının 1-nə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2,331 min ədəd təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Mayın 1-nə Bakıda 1 316 (artım 4,2%), regionlarda 1 015 bankomat (artım 1,8%) quraşdırılıb.
2013-cü ilin 1 may tarixinə respublikanın ticarət və xidmət obyektlərində 37,08 min ədəd (yanvar-aprel aylarında artım 0,6%).
Bununla yanaşı, Bakıda 33,268 min (azalma 1,1%), regionlarda 3 812 ədəd pos-terminal (artım 18%) quraşdırılıb.
2013-cü il mayın 1-nə ticarət, ictimai iaşə və xidmət obyektlərində 35,658 min bankomat və ya bütün pos-terminalların 96,2%-i quraşdırılıb.