Milli Məclisin bu gün keçirilən plenar iclasında eks-prezidentlərin və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsi ilə əlaqədar bir sıra qanunverici aktlara düzəlişlər qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Bununla bağlı “İcra haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, "Əmək pensiyaları haqqında", “Milli arxiv fondu haqqında”, "Sosial müavinətlər haqqında" qanunlara , Cinayət-Prosessual Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə düzəlişlər qəbul edilib.