Türkiyədə yaşayan azərbaycanlı rəssam Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının İ.İ.Şuvalov medalına layiq görülüb. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Rəssama medal Rusiya Rəssamlıq Akademiyasının direktoru Zurab Sereteli tərəfindən təntənəli mərasimdə təqdim olunub.
Azərbaycan Rəssamlar İttifaqının üzvü olan T.Rzayev Bakı və Sankt-Peterburqda rəssamlıq təhsili alıb. Hazırda Türkiyənin Yeditəpə Universiteti incəsənət fakültəsinin plastik sənətlər şöbəsində müəllim işləyir. Azərbaycan diasporunun inkişafında müstəsna xidmətləri var.
2006-cı ildə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan Dünya Azərbaycanlıları Ziyalıları Forumunda Türkiyədə yaşayan rəssamların koordinatoru seçilib. 2011-ci ildə “Əməkdar Rəssam” fəxri adı ilə təltif edilib.