Azərbaycan Kazakları İcmasının Atamanı, general-leytenant Viktor Mereşkin Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudovu “Ataman Anton Qolovatıy” ordeni ilə təltif edib.
Görüşdə Y.Mahmudov Azərbaycan və kazak xalqları arasındakı dostluq əlaqələrindən danışaraq iki xalqın tarixi köklərinin araşdırılmasının zəruriliyini qeyd edib. Onun sözlərinə görə, bununla əlaqədar Tarix İnstitutu Azərbaycan və kazak xalqlarının tarixi köklərinin ilkin araşdırılmasını aparıb. Həmçinin müvafiq dissertasiya tədqiqatlarının aparılması planlaşdırılır.
Ataman V.Mereşkin bildirib ki, kazaklar hər zaman Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyiblər və bundan sonra da dəstəkləyəcəklər.
Görüşün sonunda Tarix İnstitutunun direktoru V.Mereşkinə və görüşdə iştirak edən polkovnik-leytenant Faiq Nuriyevə “Azərbaycan xalçaları: İrəvan qrupu” və “İrəvan xanlığı” kitablarını hədiyyə edərək, qonaqlara yüksək mükafata görə təşəkkür edib.