İyunun 5-6-da Azərbaycanın 9 regionundan olan məktəblilər və Amerika Sülh Korpusunun könüllüləri arasında “Dünya Kuboku uğrunda intellektual oyun keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.
Tədbir Azərbaycanlı Tələbələrin İnkişaf Koalisiyası (CASE), "Biz İnkişaf Zamanındayıq" (BİZ) İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək. Oyun Azərbaycan və ingilis dillərində keçiriləcək.
Layihənin əsas məqsədi Azərbaycan haqqında məlumatların ingilis dilində intellektual oyun şəklində məktəblilərə çatdırılması, Amerikalı Sülhməramlıların Azərbaycan mədəniyyəti ilə yaxından tanış olması üçün imkan və ABŞ təhsilli tələbələrlə məktəblilər arasında möhkəm əlaqələrin yaradılmasıdır.
Yarışmanın sualları Azərbaycan və Amerikanın mədəniyyətini, tarixini və coğrafiyasını əhatə edəcək.