İyunun 5-də təhsil naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycan üzrə əlaqələndirici Antonius Bruk və Britaniya Şurasının Azərbaycan üzrə direktoru Elizabet Uayt ilə ikitərəfli görüşlər keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Görüşlər zamanı Azərbaycanda təhsil sahəsində davamlı inkişafın dəstəklənməsi, təhsilin keyfiyyətinin artırılması, birgə layihələrin həyata keçirilməsi, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.