Çərşənbə günü axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax sərnişin qatarında partlayıcı qurğu olması barədə məlumat daxil olub. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib.
Bununla yanaşı, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, qatara baxış keçirilən zaman sərnişinlərdən birinin üzərindən 230 qramdan artıq barıt və kiloqrama yaxın karteç aşkar edilib.
Həmin şəxs saxlanılıb.