Mərkəzi Seçki Komissiyası (MSK) respublikada keçirilən seçkilərdə «exit-poll» həyata keçirən təşkilatların yenilənmiş akkreditasiya qaydalarını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MSK-dan məlumat verilib.
MSK həmçinin seçki məntəqələrində veb-kameraların quraşdırılmasına dair yeni qaydaları təsdiq edib.
Bundan başqa, MSK rəhbərliyi “Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən seçkilərdə (referendumda) istifadə edilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə, dairə və məntəqə seçki komissiyalarının birinci iclaslarının keçirilməsinə və məntəqə seçki komissiyalarının formalaşdırılmasına dair qərarlar qəbul edilib.
MSK Kütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında Əsasnamə”nin təsdiq edilməsinə dair qərar qəbul edib
Eləcə də bir sıra dairə seçki komissiyalarının tərkibinin dəyişdirilməsi və MSK-nın 2013-cü il aprelin 11-də keçirilmiş iclasının protokolu təsdiq edilib.