Azərbaycan prezidenti İlham Əliyev “2012-ci ildə dövlət büdcəsinin icrası haqqında” qanunu təsdiq edib. Qanuna əsasən, kəsir 134 mln. 931,421 min manat və ya ÜDM-in 0,3%-ni təşkil edib.
Qanunun mətni cümə günü rəsmi mətbuatda dərc edilib.
Sənədə əsasən, 2012-ci il dövlət büdcəsinin gəlirləri 17 mlrd. 281 mln. 521,568 min manat, xərcləri 17 mlrd. 416 mln. 453,989 min manat təşkil edib.
2012-ci ildə büdcə gəlirləri strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 6 mlrd. 26 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 1 mlrd. 208 mln. manat, Dövlət Neft Fondundan transfertlər 9 mlrd. 905 mln. manat təşkil edib, qalan məbləğ digər gəlirlərin payına düşüb.
Hesabat ilində xərclər strukturunda 9 mlrd. 278 mln. manat cari, 7 mlrd. 926 mln. manat əsaslı borcun, 213 mln. manat isə daxili və xarici borcun ödənilməsinin payına düşüb.
2012-ci ildə müdafiə xərcləri 2 mlrd. 899 mln. manat təşkil edib.
2012-ci ildə dövlət büdcəsinin sosial xərcləri 4 mlrd. 740 mln. manat təşkil edib və 2011-ci illə müqayisədə 9,2% artıb. 2012-ci ilin yekunları üzrə bu cür xərclərin xüsusi çəkisi 27,2% təşkil edib.
Ötən il dövlət kapital qoyuluşları 1 mlrd. 450,9 mln. manat təşkil edib. 2012-ci ildə infrastrukturun yaxşılaşdrılması və sosial layihələrin maliyyələşdirilməsinə Dövlət Neft Fondundan 639 mln. manat ayrılıb. Bundan başqa, 2012-ci ildə Azərbaycan hökuməti infrastruktur və sosial layihələrin reallaşdırılmasına 1 mlrd. manata yaxın xarici kredit cəlb edib.
2012-ci ildə dövlət büdcəsində Prezidentin Ehtiyat Fondunun xərcləri 300 mln. manat, dövlət büdcəsinin Ehtiyat Fondunun xərcləri 838 mln. manat təşkil edib, o cümlədən 120 mln. manat 2012-ci ilin may ayında Azərbaycanın şimal-qərb rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəldilib.
2012-ci ildə dövlət büdcəsindən kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsinə 473 mln. manat, o cümlədən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində 112 mln. manat ayrılıb. 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun maliyyələşdirilməsinə dövlət büdcəsindən 90 mln. manat ayrılıb.
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin gəlirləri 17 mlrd. 38 mln. manat, xərcləri 17 mlrd. 672 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 634 mln. manat və ya ÜDM-in 1,3%-i səviyyəsində proqnozlaşdırılıb.