Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Birliyinin prezidenti Herman van Rompeyin Cənubi Qafqazdakı münaqişələrlə bağlı bəyanatını alqışlayır. XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, bəyanata əsasən, Cənubi Qafqazda sabitlik ərazi bütövlüyü və suverenliyə əsaslanmalıdır.
“Bu onu göstərir ki, beynəlxalq ictimaiyyət XXI əsrdə sərhədlərin güc yolu ilə dəyişdirilməsinə qarşıdır və ərazi bütövlüyü prinsipini dəstəkləyir”, - deyə o bildirib.
Mətbuat katibinin sözlərinə görə, bu, bir daha Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətin mövqeyi ilə üst-üstə düşdüyünü isbat edir.