İranda həbs olunmuş vətəndaşlarımız Xalidə Xalid və Şamxal Hüseynovun ölkəmizə qaytarılması onu göstərir ki, Azərbaycan dövləti həmişə öz vətəndaşlarına dəstək göstərir”. Bu barədə cümə günü XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
“Bu onu göstərir ki, başda prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti həmişə öz vətəndaşlarının müdafiəsində dayanıb və dayanacaq”, - deyə o, aprel ayının sonunda İranda həbs olunmuş Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması faktını şərh edərkən söyləyib.
E.Abdullayev əlavə edib ki, Azərbaycan XİN bir müddət əvvəl İrana səfər etməyə hazırlaşan vətəndaşlarımızı diqqətli olmağa çağırıb.