Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Forex4you” şirkətinə aktivlərin idarəedilməsi fəaliyyətinin dayandırılması barədə göstəriş verilib. Bu barədə QKDK-nın məlumatında deyilir.
“QKDK tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində “Forex4you” şirkətinin Bakı şəhəri, Qoqol küçəsi 11 ünvanında yerləşən nümayəndəliyi tərəfindən müvafiq icazə alınmadan aktivlərin idarəedilməsi fəaliyyəti üzrə xidmətlərin təklif edilməsi müəyyən olunub və həmin fəaliyyətin dayandırılması barədə göstəriş verilib”, - deyə məlumatda bildirilir.
QKDK “Forex4you” şirkəti tərəfindən həyata keçirilən aktivlərin idarəedilməsi fəaliyyətinin qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu şirkətlə bağlı əməliyyatlarda diqqətli olmağa dəvət edir.