Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) may ayında 3 015 812 kv. metr ərazinin yoxlanılması nəticəsində 1634 partlamamış mina və döyüş sursatı, eləcə də 10 tank əleyhinə mina aşkarlayıb. Bu barədə ANAMA-nın mətbuat xidməti məlumat verir.
Axtarış və mina təmizləmə əməliyyatlarında 484 mütəxəssis və köməkçi heyətin 118 nümayəndəsi, həmçinin 6 minatəmizləyən maşın və 36 it iştirak edib.
Əməliyyatların keçirildiyi dövrdən bu günə qədər 226 338 258 kv. metr ərazidə 664,317 min mina və döyüş sursatı tapılaraq zərərsizləşdirilib.
ANAMA mütəxəssisləri ölkənin Qarabağ münaqişə zonası yaxınlığında yerləşən ondan çox rayonun ərazisində minalardan təmizləmə işlərini davam etdirirlər.
May ayında ölkə ərazisində mina və döyüş sursatlarının partlaması ilə əlaqədar iki insident baş verib.