Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 64 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 9 nəfər həlak olub, 21 nəfər yaralanıb, 8 nəfər intihar edib.
2 nəfər qətldə, 9 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 6 nəfər qarət və soyğunda, 28 nəfər oğurluqda, 3 nəfər avtomobil qaçırmaqda, 6 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb. Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 2 fakt qeydə alınıb.