Sambo üzrə keçmiş dünya çempionu, sambo və cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, idman ustası Əhəd Rəcəbli intihar edib. Bu barədə Sumqayıt şəhər Polis İdarəsi məlumat verir.
51 yaşlı kişi ötən şənbə günü təxminən axşam saat altı radələrində xanımını mağazaya çörək almağa göndərdikdən sonra mənzilində özünü asaraq intihar edib.
Mağazadan qayıdan həyat yoldaşı ərini evdə ölmüş vəziyyətdə tapıb. Eks-çempion özünü asmaq üçün qara kəmərindən istifadə edib.
Əməkdar məşqçi Ə.Rəcəbli Azərbaycanda cüdo məktəbinin əsasını qoymuş Əhməd Rəcəblinin böyük qardaşı idi. Məlumata görə, son zamanlar Ə.Rəcəblinin psixi problemləri yaranmışdı.