Şirvan şəhərində “Bank of Baku”nun "Şirvan" filialı fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında deyilir.
Bu, bankın sayca 21-ci, regionlarda isə 7-ci filialıdır. Filial müştərilərə bütün növ bank məhsul və xidmətləri, o cümlədən hesab açılması, istehlak, pul və biznes kreditlərinin verilməsi, kommunal və mobil rabitə xidmətlərinin ödənilməsi, təcili pul köçürmələri, plastik kartların sifarişi və verilməsi, valyuta mübadiləsi və digər xidmətlər təqdim edir.
“Bank of Baku” 1994-cü ildə yaradılıb. “Bank of Baku” və “İlkbank” 2004-cü ilin II yarısında başlanmış birləşmə prosesini 2005-ci ilin fevralında yekunlaşdırıb. Birləşmənin nəticəsi olaraq "Bank of Baku Kommersiya Bankı" ASC yaradılıb.