Tovuz rayonunda qaz təsərrüfatının yenilənməsi çərçivəsində yaşayış məntəqələrinin 85%-i mavi yanacaqla təmin edilib.
“Şəhərin mərkəzi hissəsində orta təzyiqli dəmir boruların təxminən 20 km-i politelin borularla əvəzlənib. Hazırda rayonun Kirən kəndində və Qovlar şəhərində qaz xətlərinin çəkilməsini həyata keçiririk”, – deyə Tovuz Qaz İstismar Sahəsinin baş mühəndisi Sahib Əsgərov “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna məlumat verib.
Əsasən dağ kəndlərinin qazlaşdırılması istiqamətində işlər aparıldığını qeyd edən baş mühəndisin sözlərinə görə, mənzillərdə sayğaclar və fərdi tənzimləyicilər quraşdırılır.
"52 kilometrlik Tovuz-Qaralar xəttinin çəkilməsi ilə sərhəd kəndlərinin bir qismi qazlaşdırılıb”, – deyə o bildirib.
Tovuz Qaz İstismar Sahəsi hazırda 28,5 abonentə xidmət göstərir və bu rəqəmin cari ildə 35 minə çatacağı gözlənilir.