Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tanınmış yazıçı, Milli Məclisin deputatı Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilmiş eyniadlı filmin Budapeştdə nümayişini təşkil edib. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Film Azərbaycan xalqının Dağlıq Qarabağda erməni işğalçılarına qarşı mübarizəsindən bəhs edir.
Tədbirdə çıxış edən səfir Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsi, onun ölkəmizə vurduğu böyük maddi və mənəvi zərər, iyirmi ildən bəri işğal altında qalan Azərbaycan torpaqları, qaçqınlar problemi barədə məlumat verib.
Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan və uzun zaman alqışlanan filmin nümayişində Macarıstan parlamentinin üzvləri, diplomatlar, media təmsilçiləri, yaradıcı adamlar, Azərbaycan diasporunun və macar ictimaiyyətinin nümayəndələri iştirak ediblər.