İyunun 16-da Azərbaycanda Ukrayna Mədəniyyət Günlərinin açılışı olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ukraynanın Bakıdakı səfirliyindən məlumat verilib.
Mədəniyyət Günləri çərçivəsində Bakı və Hacıqabulda Pavel Virski adına rəqs ansamblının konserti olacaq.
Bundan başqa, “Ukrayna bu gün” adlı foto-sərgi təşkil olunacaq və “Kəhrəba mozaikalar” unikal kulturoloji layihəsinin təqdimatı keçiriləcək.
Azərbaycanda Ukrayna Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi iyunun 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Gecəni Pavel Virski adına rəqs ansamblı açacaq.
Hacıqabulda tədbirlər şəhər İcra Hakimiyyətinin iştirakı ilə Mədəniyyət Sarayında keçiriləcək.