Vergilər Nazirliyi 2013-cü ilin yanvar-may aylarında dövlət büdcəsinə 2 mlrd. 911 mln. 239 min manat vergi və rüsum köçürüb. Bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2012-ci ilin yanvar-may aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 2 mlrd. 577,1 mln. manat vergi və rüsum köçürüb. Beləliklə, 2013-cü ilin yanvar-may aylarında nazirlik dövlət büdcəsinə vergi və rüsum köçürmələrini 13% artırıb.
Cari ilin yanvar-may aylarında dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 1 mlrd. 494 mln. 642,1 min manat təşkil edib (ötən ilin analoji dövrü ilə müqayisədə artım 10,3% - İF-Az.). Hesabat dövründə qeyri-neft-qaz sektoru Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə bütün daxilolmaların 51,3%-ni təmin edib.
Hesabat dövründə dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmalar 1 mlrd. 696 mln. 42,3 min manat təşkil edib. Ümumilikdə mənfəət vergisi üzrə daxilolmalar Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə köçürmələrin 37,2%-ni təmin edib.
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə köçürmələrin 22%-ni ƏDV, 42,6%-ni mənfəət vergisi, 11,2%-ni gəlir vergisi, 7,4%-ni aksizlər üzrə daxilolmalar təşkil edib.
2013-ci ildə Vergilər Nazirliyi üçün dövlət büdcəsinə köçürmələr üzrə plan 6,4 mlrd. manat təşkil edir.