Fars Körfəzində yerləşən Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının nümayəndələri baş katib Əbdüllətif bin Rəşid Əl Zayaninin rəhbərliyi altında Qəbələ rayonunda səfərdədirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Səfər çərçivəsində baş katib rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə görüşüb. O, qonağa regionun sosial-iqtisadi inkişafı və turizm potensialı barədə məlumat verib.
Əbdüllətif bin Rəşid Əl Zayani həmçinin “Tufan” yay-qış dağ-xizək kompleksi, kanat yolu və 8 stansiyadan ibarət xizək kompleksi ilə tanış olub.
Bundan başqa, qonaqlar məhsullarını müxtəlif ölkələrə ixrac edən konserv zavodunda və “Beltmann” piano fabrikində olublar.