2013-cü il iyunun 1-nə “Zaminbank”ın məcmu kapitalı 52,85 mln. manata çatıb. Bu barədə bankın saytında məlumat verilir.
“Bununla da “Zaminbank” Azərbaycan Mərkəzi Bankının (AMB) məcmu kapitala dair minimal tələbini vaxtından əvvəl yerinə yetirib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB 2012-ci il iyulun 25-də fəaliyyətdə olan və yeni bankların məcmu kapitalına qoyulan minimal tələbin 50 mln. manata çatdırılması barədə qərar qəbul edib. Bu normativ 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
AMB beynəlxalq maliyyə bazarlarına inteqrasiyanın təmin edilməsi və göstərilən bank xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün bankların kapitallaşdırılmasının davam etdirilməsini vacib hesab edir.
“Zaminbank” ASC 1992-ci ildə yaradılıb.