Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyasının rəhbərləri və nümayəndələri iyunun 13-də Bakıya gələcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Bu görüş Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq namizədi Alla Bayramovanın təşəbbüsü ilə keçirilir.
Görüşdə assosiasiyanın üzvləri arasında əməkdaşlıq, eksponatlar mübadiləsi, birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə ediləcək.