SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Gədəbəy rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar saat 12:00-dan saat 18:00-dək “Gədəbəy” Avtomatik Qazpaylayıcı Stansiyasından və “Zəhmət” Qaztənzimləyici Məntəqəsindən təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Gədəbəy rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.