SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Palçıq Pilpiləsi” yatağında ekoloji monitorinq aparıb. Bu barədə SOCAR-ın Ekologiya İdarəsindən məlumat verilib.
“Monitorinqin məqsədi yataqda ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi olub. Monitorinq zamanı dəniz dibindən dib çöküntüləri, bentos nümunələri, dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, suyun alt və üst qatlarının fiziki-kimyəvi xüsusiyyətləri müəyyən olunub. Nümunələr Kompleks Tədqiqatlar Laboratoriyasında öyrəniləcək və əldə olunan nəticələr əsasında analitik təhlil aparılacaq”, - deyə məlumatda qeyd olunur.
Ekoloji monitorinq “MPK-452” gəmisi vasitəsilə həyata keçirilib.