13 iyun tarixində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Azərbaycan-Rusiya. Musiqi paralelləri” adlı sərgi açılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Sərgi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyası tərəfindən təşkil olunub.