Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi orta məktəb şagirdləri üçün qida məhsullarının standartlarını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
Təsdiq edilmiş standarta əsasən, bir sıra süd və ət məhsullarının, qənnadı, çörək-bulka məmulatlarının, meyvə və tərəvəzlərin, şirələrin, bir neçə növ konservləşdirilmiş məhsulların satışına icazə verilir.
Bundan əlavə, sözügedən standart çərçivəsində evdə hazırlanmış süd, kremli qənnadı məhsulları, hermetik qablaşdırılması yararsız vəziyyətdə olan, həmçinin çox istiotlu qida məhsullarının, eləcə də qazlı suların satışına qadağa qoyulub.
Standartlar bu ilin sentyabr ayının 2-dən qüvvəyə minəcək.