Çin Ermənistana silah satmayıb, satmır və satmayacaq. Bu barədə Çinin Azərbaycandakı səfiri Xun Tsyuin cümə axşamı Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində jurnalistlər qarşısında çıxışı zamanı bəyan edib.
“Mən açıq şəkildə sizə bildirirəm: orada işləmişəm – Çin Ermənistana silah satmayıb, satmır və satmayacaq”, - deyə səfir söyləyib.
“Biz Azərbaycanın ərazi bötüvlüyü və suverenliyini dəstəklədiyimizi təsdiq edirik. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qrabağla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə çağırırıq”, - deyə X.Tsyuin bildirib. O vurğulayıb ki, rəsmi Pekin Qarabağ münaqişəsinin beynəlxaq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə nizamlanmasının tərəfdarıdır və ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.