2013-cü ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 13 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə adambaşına düşən nominal gəlirlər 5,4% - 1 403,2 manata qədər artıb.
Yanvar-may aylarında əhalinin gəlirlərinin ümumi həcmindən 69,3% istehlaka, 9,2% vergi ödənişlərinə, 1,9% kredit və faiz ödənişlərinə, 19,6% əmanətlərin və kapitalın həcminin artırılmasına yönəldilib.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 11,8 mlrd. manat məbləğində gəlir qalır ki, bu da 2012-ci ilin müvafiq dövründə qeydə alınan göstəricidən 6,8% çoxdur.