2013-cü ilin yanvar-may aylarında Azərbaycanın rabitə və poçt müəssisələri 587 mln. manat məbləğində xidmət göstəriblər ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xidmətlərin 72,1%-nin istifadəçiləri fiziki şəxslər olub, xidmətlərin dəyər ifadəsində həcmi 423,2 mln. manat təşkil edir (artım 8,6%).
Yanvar-may aylarında rabitə xidmətlərinin ümumi həcminin 59,7%-i və ya 350,4 mln. manat (artım 10%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.