Bazar ertəsinə keçən gecə Bakının Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzinin anbarlar sahəsində ümumi sahəsi 5440 kv.m olan anbar 1400 kv.m sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında məlumat verilir.
Anbarın yanar konstruksiyaları və içərisindəki məişət əşyaları - parfümeriya malları, alışqanlar, uşaq oyuncaqları və s. yanıb.
Anbarın qalan hissəsi və yaxınlıqdakı digər anbarlar yanğından mühafizə olunub.
Yanğın saat 06:07-də söndürülüb.