2013-cü ilin yanvar-may aylarında Azərbaycanın daxili bazarına 2 mln. 57,5 min ton neft məhsulları verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daxili bazara tədarükün ümumi həcmində 544,8 min ton dizel yanacağı, 530,1 min ton avtomobil benzini, 214,7 min ton kerosin, 97,8 min ton mazut, 123,4 min ton neft bitumu, 73,2 min ton maye qaz, 473,5 min ton digər neft məhsullarının payına düşüb.
2013-ci il iyunun 1-nə ölkənin neft emalı zavodlarının anbarlarında 49,7 mln. manat dəyərində məhsul, o cümlədən 51,6 min ton avtomobil benzini, 3,1 min ton birbaşa qovulan benzin, 29,1 min ton kerosin, 63,1 min ton dizel yanacağı, 14,9 min ton sürtkü yağı və 8,6 min ton neft bitumu var.