Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) çərşənbə axşamı Bakıda keçirilən IV qurultayının iştirakçıları oktyabrda keçiriləcək prezident seçkilərində fəaliyyətdə olan dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar qəbul ediblər.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin qurultaydan verdiyi məlumata görə, ASK prezidenti Məmməd Musayevin müvafiq təklifi sahibkarlar tərəfindən yekdilliklə dəstəklənib.
Bununla əlaqədar qurultay iştirakçıları dövlət başçısına müraciət ünvanlamağı planlaşdırırlar.