Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iyunun 21-də Ukraynanın Odessa şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak edəcək. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
İclasın gündəliyinə təşkilatın üzv dövlətləri arasında əməkdaşlıq, Nazirlər Şurasının qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsi, QDİƏT-Avropa İttifaqı əməkdaşlığının inkişafı və digər məsələlər daxildir.