Azərbaycanda keçirilən Ukrayna Mədəniyyəti Günləri iki xalq arasında dostluq əlaqələrinin inkişafına mühüm töhfə verir. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ukraynanın mədəniyyət nazirinin birinci müavini Timofey Koxan ilə çərşənbə axşamı Bakıda keçirilən görüş zamanı bəyan edib.
Mədəniyyət və Turizm Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, Ə.Qarayev Bakı və Kiyev arasında əməkdaşlığın gələcəkdə möhkəmlənməsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin, eləcə də turizm sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
T.Koxan Ukrayna Mədəniyyəti Günlərinin yüksək səviyyədə təşkilinə görə Ə.Qarayeva minnətdarlığını bildirib.