BMT Baş Assambleyasının prezidenti Vuk Yeremiç Azərbaycanın BMT Təhlükəsizlik Şurasında rolunu yüksək qiymətləndirir. Bu barədə XİN mətbuat xidmətinin məlumatında deyilir.
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda keçirilən görüşdə tərəflər respublika ilə BMT arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə ediblər.
E.Məmmədyarov V.Yeremiçə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sülh prosesinin cari vəziyyəti haqqında məlumat verib. Nazir danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu qeyd edib və sülh prosesinin irəliləməsi üçün ilk öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bəyan edib.