Azərbaycan və Koreya hökumətləri arasında saziş imzalanıb. Bu barədə Maliyyə Nazirliyinin saytında məlumat verilir.
Azərbaycanın maliyyə naziri Samir Şərifov və Cənubi Koreyanın ölkəmizdəki səfiri Çoy Sukin imzaladığı saziş Azərbaycanın iqtisadi inkişafına dəstək verilməsini və ölkələr arasında iqtisadi əməkdaşlığın təşviqini, müxtəlif layihələrin həyata keçirilməsi üçün Koreyanın İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan Azərbaycana kreditlərin verilməsini nəzərdə tutur.
“Saziş həmçinin iki ölkə arasında əməkdaşlığın ümumi çərçivəsini müəyyən edir”, - deyə məlumatda vurğulanır.