Bakı Ali Neft Məktəbi (BANM) və “Microsoft Azərbaycan” şirkəti əməkdaşlığı inkişaf etdirəcək. Bu barədə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) məlumatında deyilir.
Çərşənbə axşamı Bakıda BANM və “Microsoft Azərbaycan” arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Sənəddə BANM-də “Microsoft İT Akademiyası”nın yaradılmasına yardım, tələbə və müəllimlər arasında “Microsoft Dreamspark” proqramının faydaları barədə məlumatların yayılmasına dəstək, “Microsoft Office 365” proqramından istifadənin əlaqələndirilməsi və idarə edilməsinə yardım, eləcə də lisenziyalaşdırılmış proqramlardan istifadə edilməsinin təşviqinə şərait yaradılması nəzərdə tutulur.