Azərbaycan Mərkəzi Bankı (AMB) banklarda korporativ idarəetmə standartlarını təsdiq edib.
Standartların mətni Hüquqi Aktların Dövlət Reyestrinin saytında dərc edilib.
Bu sənəd “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə, habelə Bank nəzarəti üzrə Bazel Komitəsinin “Korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə prinsipləri”inə uyğun olaraq beynəlxalq korporativ idarəetmə təcrübəsi nəzərə alınmaqla hazırlanıb və banklarda korporativ idarəetmə standartlarını müəyyən edir.
Bu standartların tətbiqində əsas məqsəd banklarda etibarlı, şəffaf idarəetmə və hesabatlıq sisteminin təşkili, daxili nəzarətin və risklərin idarə olunmasının effektivliyinin təmin edilməsidir.
Bununla əlaqədar standartlara banklarda biznes planlaşdırmaya dair tələblər daxildir, onlar Müşahidə Şurasının vəzifə və səlahiyyətlərini, informasiyanın açıqlanmasına olan tələbləri, daxili strukturların formalaşmasını müəyyən edir.